Sintra şirkəti kimsəsiz uşaqlar üçün "Saf Ürəklər" adlı Xeyriyyə Tədbiri" keçirdi
"Sintra" Su Filtrləri Şirkəti Sosial Korporativ Məsuliyyət strategiyasına uyğun olaraq silsilə xeyriyyə tədbirləri keçirir. "Sintra" Su Filtrləri Şirkətinin Azərbaycan Dövlət İncəsənət Muzeyinin dəstəyilə bir qrup kimsəsiz uşaqlar üçün təşkil etdiyi "Saf Ürəklər" adlı Xeyriyyə tədbiri 19 noyabr 2017-ci il tarixdə baş tutmuşdur. Tədbirdə bir çox incəsənət nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Sintra Su filtrləri şirkətinin nümayəndəsi Fuad Əliyev tədbir iştirakçılarına bu tip tədbirlərin məqsədi və önəmi haqqında danışmış və Sintra şirkətinin həyata keçirdiyi layihələrdə daim kimsəsiz uşaqlara diqqət və qayğı ilə yanaşıldığını vurğulamışdır. Tədbir bədii hissə ilə davam etmişdir. Tədbirin bədii hissəsindən sonra uşaqlar arasında intellektual viktorina keçirilmiş və viktorina qaliblərinə müxtəlif hədiyyələr təqdim edilmişdir. Tədbirin sonunda tədbirə qatılan hər bir uşağa "Sintra" Şirkəti tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.